
Səbail rayon sakini Kəmalə Namazova Bayıl qəsəbəsində, “Su İdman Sarayı”nın qarşısında quraşdırılan avtobus dayanacağını bir ilə yaxın müddətdir ki, küləyin dağıtdığını, lakin hələ də təmir olunmadığını bildirir.
Bu barədə Yeniavaz.com-a məlumat verən K. Namazova məsələ ilə bağlı BNA-ya çoxsaylı müraciətlər ünvanladığını, buna baxmayaraq, problemin həllini tapmadığını iddia edir. O sözügedən dayanacağın fotolarını redaksiyazmıza göndərib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etsək də, heç bir cavab ala bilmədik.
