Azərbaycanda qiyməti 20 qəpik ucuzlaşıb - RƏSMİ


Yola saldığımız 2020-ci ildə 32 min 340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6 min 647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunub.
Yeniavaz.com xəbər verir ki, balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun 12,7 manat, vərəmumun 131,6 manat, güləmin 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5 manat olub.
Məlumat üçün bildirək ki, əvvəlki illə müqayisədə bal istehsalı 865,9 ton artıb. Son bir ildə 1 kiloqram balın orta satış qiyməti 20 qəpik azalıb.
  2019-cu il 2020-ci il
  Miqdarı Orta
qiyməti
 
Miqdarı Orta
qiyməti
 
Bal  5 781,3 ton 1 kq. -  24,9 manat 6 647,2 ton 1 kq - 25,1 manat
Mum 157,6 ton 1 kq. -  12,7 manat 156,1 ton 1 kq -13 manat
Vərəmum 14,6 ton 1 kq. - 131,6 manat 15,8 ton 1 kq - 129,5 manat
Güləm 14,7 ton 1 kq. - 127,2 manat 14,1 ton 1 kq - 77,7 manat
Arı südü 366,1  kq. 1 q. - 5 manat 609,7 kq. 1 q. - 4,1 manat
Məlumat üçün qeyd edək ki, Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilir.

DİGƏR XƏBƏRLƏR

Top