Belarus Tixanovskayanın ekstradisiyası üçün hərəkətə keçdi


Belarus Baş Prokurorluğu prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün hərəkətə keçib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Belarus Tixanovskayanın ekstradisiyası üçün Litvaya müraciət göndərib. Belarus Baş Prokurorluğundan verilən məlumata görə, Svetlana Tixanovskaya cinayət məsuliyyətinə cəlb ediləcək.
Qeyd edək ki, Svetlana Tixanovskaya Belarusda sonucu keçirilən prezident seçkilərində namizədliyini irəli sürmüşdü. Aleksandr Lukaşenkonun yenidən Belarus prezidenti seçildiyi açıqlandıqdan sonra Litvaya gedərək ölkədə insanları etiraz aksiyalarına səsləmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top