Klintonu dəstəkləyən Soros 1 milyard dollar zərər görüb

ABŞ-ın tanınmış maliyyəçisi, investoru Cors Soros Donald Trampın prezident seçilməsindən sonra 1 milyard dollar zərər görüb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, C. Soros Hillari Klintonun seçki kampaniyasına ən böyük dəstək verənlərdən biri olub. O, 2013-cü il prezident seçkilərində Barak Obamaya dəstək verdiyi halda, 2004-cü il seçkilərində Corc Buşa qarşı demokratlara 20 milyon dollar vəsait vermişdi. C.Soros ötən ay isə respublikaçı namizəd D.Trampı sərt tənqid etmişdi. Maliyyəçi D. Trampın seçilməsindən sonra onaq qarşı keçirilmiş etriraz aksiyalarına maliyyə dəstəyi də verib.

DİGƏR XƏBƏRLƏR

Top