"Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olmamağımdan məyus olsam da, partiyanın qərarına hörmətlə yanaşıram".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Prezidentin keçmiş köməkçisi Əli Həsənov deyib: “Qurultay partiyanın ali orqanıdır. Onun qəbul elədiyi qərar bütün partiya üzvləri üçün məcburi xarakter daşıyır. Ona görə də mən qurultayın qərarına hörmətlə yanaşıram”.
Xatırladaq ki, YAP-ın bu gün keçirilən növbədənkənar qurultayında qəbul olunan qərarlara əsasən Əli Həsənov, AMEA prezidenti Ramiz Mehdiyev və Millət vəkili Siyavuş Novruzov partiyanın idarə heyətinin üzvlüyündən çıxarılıb.