Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar ötən gün Türkiyənin Bitlis şəhərində baş verən helikopter qəzası ilə bağlı ilkin açıqlama verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzanın baş verdiyi yerə gələn Akar hadisənin ilkin səbəbinin anidən dəyişən kəskin hava şəraiti olduğunu deyib:
“Araşdırmalar bu gün başlayacaq. Bu ağrılı hadisənin dəqiq səbəbi ətraflı araşdırmalardan sonra müəyyənləşəcək. Həm axtarış-xilasetmə işlərində, həm də şəhid və yaralılarımızın evakuasiya edilməsində bütün aidiyyəti qurumlar cəlb olunub. Dərdimiz böyükdür, millət olaraq hər birimiz dərin kədər içərisindəyik”.
Qeyd edək ki, hadisə nəticəsində 11 hərbçi şəhid olub, 2 əsgər yaralanıb.