13 yaşlı Yeganənin köməyinizə ehtiyacı var - FOTO


Məktəbdə uşaqların itələməsi nəticəsində ayağından problem yaranan 13 yaşlı Yeganə Namazovanın yardıma ehtiyacı var.
Bu barədə Yeniavaz.com-a anası Məmmədova Aysel məlumat verib. O, bildirib ki, əməliyyat üçün 3500 manat pul lazımdır: “Təxminən 5-6 ay bundan öncə qızımı məktəbdə uşaq itələyib o da yıxılıb. Mənə qorxusundan deməyib ki, anamın pulu yoxdur, həkimə necə aparacaq. Bir dəfə gördüm ki, yeriyəndə ayağını çəkir, soruşdum niyə elə yeriyirsən. Dedi ki, ayağım ağrıyır. Həkimə getdik, bildirdi ki, revmatizması var. Hətta buna uyğun müalicə də etdik. Gördüm ağrıları artmağa başlayıb bu zaman başqa həkimə apardım. Həkim dedi ki, MRT olunmalıdır. Həmin vaxtı da pulum olmadığı üçün MRT-yə gedə bilmədik. İndi bud çanağında şiş yaranıb. Həkimlər deyir ki, təcili əməliyyat olunmalıdır. Bunun üçün 3500 manat pul lazımdır. Hal-hazırda satıcı kimi işləyirəm əməliyyat üçün maddi imkanım çatmır".
Kömək etmək istəyən üçün Bank hesabını təqdim edirik: Kapital Bank: 4169 7413 9127 0533 (Kart Yegana Namazova adınadır) 


DİGƏR XƏBƏRLƏR

Top