Türkiyədə bina uçub; uçqun altında qalanlar var VİDEO

Türkiyədə 6 mərtəbəli yaşayış binası çöküb. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Zeytinburnu deyilən ərazisində baş verib. Bina qəzalı olduğu üçün 2 il bundan əvvəl boşaldılıb. Ancaq bina çökərkən yoldan keçən insanlar uçqunun altında qalıblar. İki nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb. Ölənlərdən biri 6 yaşlı uşaq olduğu bildirilir. Hələlik uçqunun altında neçə nəfərin olduğu bilinmir. Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım maşınları cəlb olunub.

Zeytinburnu

DİGƏR XƏBƏRLƏR

Top