Hikmət Hacıyev İsrail həkimlərinə təşəkkür etdi


Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev​ qazilərə tibbi yardım göstərən İsrail həkimlərinə və səfirliyinə təşəkkür edib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə öz tvitter hesabında yazıb.

Hikmət Hacıyev gözündən yaralanan qazi Samir Çobanova İsrail həkimləri tərəfindən protez göz yerləşdirilməsi ilə bağlı videonu paylaşaraq bu fikirləri qeyd edib:

“Belə möhtəşəm bir hekayə. İsraildən olan həkim heyətinə və İsrail səfirliyinə yaralı əsgər və zabitlərimizə oftalmologiya sahəsində göstərdikləri tibbi dəstəyə görə təşəkkür edirik. Bu, həm də ölkələrimiz arasındakı dostluğun əlamətidir. Kim bir həyatı qurtararsa, dünyanı da qurtarar.

DİGƏR XƏBƏRLƏR

Top