Gömrükdə tarif dərəcələri 1, yığılan vergi və rüsumlar 4 faiz bəndi artıb – CƏDVƏL


Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, 2018-ci ildə Azərbaycanda orta gömrük tarifi dərəcəsi 4,5%, 2020-ci ildə isə 5,57% təşkil edib.
Yeniavaz.com Komitə sədrinin açıqlamasına istinadən bildirir ki, 2018-ci illə müqayisədə 2020-ci ildə orta gömrük tarifi dərəcəsi 1,07 faiz bəndi artıb.
Məlumat üçün bildirək ki, yığılan vergi və rüsumların ticarət dövriyyəsinə nisbəti orta gömrük tarifi dərəcəsindən daha çox artıb. Belə ki, 2018-ci ildə yığılan vergi və rüsumların ticarət dövriyyəsinə nisbəti orta gömrük tarifi dərəcəsi 6,5%, 2020-ci ildə isə 9,5% olub. Rəqəmlərdən də göründüyü kimi, yığılan vergi və rüsumların ticarət dövriyyəsinə nisbəti 3 faiz bəndi artıb.
Yığılan vergi və rüsumların idxala olan nisbəti isə 2018-ci ildə 17,6% olduğu halda, 2020-ci idə 21,6% olub.
Qeyd edək ki, 2018-ci ildə 11 milyard 464,9 milyon dollar, 2020-ci ildə isə 10 milyard 730,7 milyon dollar dəyərində idxal həyata keçirilib. Bu dövrüdə yığılan vergi və rüsumlar müvafiq olaraq 2 milyard 20,1 milyon dollar və 2 milyard 316,5 milyon dollar olub. Rəqəmlərdən də göründüyü kimi, yığılan vergi və rüsumların idxala nisbəti daha çox 4 faiz bəndi artıb.
Yığılan vergi və rüsumların orta gömrük tarifi dərəcəsindən daha çox artması iki halda mümkün ola bilər:
1. 2020-ci illə müqayisədə 2018-ci ildə vergi və rüsumlardan yayınma halları daha çox olub.
2. 2020-ci illə müqayisədə 2018-ci ildə daha çox məhsul və yaxud şirkət vergi və rüsumlardan azad olub.
Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri 2018-ci ildə vergi və rüsumlardan azad olunma barədə açıqlama verməsə də, 2020-ci ildə idxal əməliyyatlarının 59%-nin tamamilə gömrük rüsumlarından azad olunduğunu bildirib.
 


DGK-nin
sədrləri


Aylar
2018-ci il


Ticarət
dövriyyəsi

Tolanan
vergi

rüsumlar
Vergi və rüsumların
ticarət dövriyyəsinə
nisbəti



Aydın
Əliyev
Yanvar 1 728,5 mln. $ 133 mln. $ 7,7 %
Fevral 1 935,2 mln. $ 129,2 mln. $ 6,7 %
Mart 1 883,7 mln. $ 165,4 mln. $ 8,8 %
Aprel 3 131,3 mln. $ 176,8 mln. $ 5,6 %
CƏMİ 8 678,7 mln. $ 604,5 mln. $ 6,9 %






Səfər Mehdiyev
May 2 547,4 mln. $ 175,3 mln. $ 6,9 %
İyun 2 096,6 mln. $ 172,6 mln. $ 8,2 %
İyul 3 202,8 mln. $ 189,5 mln. $ 5,9 %
Avqust 3 217,8 mln. $ 194 mln. $ 6 %
Sentyabr 2 436,3 mln. $ 193,7 mln. $ 7,9 %
Oktyabr 3 043,7 mln. $ 222,4 mln. $ 7,3 %
Noyabr 2 990,6 mln. $ 161,5 mln. $ 5,4 %
Dekabr 2 709,6 mln. $ 106,5 mln. $ 3,9 %
CƏMİ 22 244,8 mln. $ 1 415,6 mln. $ 6,3 %
  Aylar
2020-ci il
     
  Yanvar 2 851,2 mln. $ 196,3 mln. $ 6,9 %
  Fevral 2 185,6 mln. $ 193,9 mln. $ 8,9 %
  Mart 1 807,7 mln. $ 192,8 mln. $ 10,7 %
  Aprel 2 845,2 mln. $ 209,9 mln. $ 7,3 %
  May 1 447,9 mln. $ 204,8 mln. $ 14,1 %
  İyun 1 538,1 mln. $ 190,4 mln. $ 12,4 %
  İyul 2 356,1 mln. $ 200,1 mln. $ 8,5 %
  Avqust 1 539,4 mln. $ 167,8 mln. $ 10,9 %
  Sentyabr 1 831,4 mln. $ 182,3 mln. $ 9,9 %
  Oktyabr 2 598,7 mln. $ 184,9 mln. $ 7,1 %
  Noyabr 1 728,3 mln. $ 185,8 mln. $ 10,6 %
  Dekabr 1 741,6 mln. $ 207,5 mln. $ 11,9 %
  CƏMİ 24 471,3 mln. $ 2 316,5 mln. $ 9,5 %
 

DİGƏR XƏBƏRLƏR

Top