30 ildir həm kağız, həm də metal pul yığır - FOTO+VİDEO


Mingəçevirli müəllimə kolleksiyasına yeni əlavələr edib.

Yeniavaz.com xəbər verir ki, Mingəçevir 3 saylı məktəbin tarix müəlliməsi Almaz Məmmədova uzun illərdən bəri pul kolleksiyası toplayır. 30 il ərzində o, 60-a yaxın ölkənin həm kağız, həm də metal pullarını toplayıb. Xüsusi qablaşdırma edərək, üzərinə ayrı-ayrı ölkələrin adlarını da yazıb. Kolleksioner Azərbaycanın kağız pulları ilə yanaşı 28 il öncə ölkəmizdə aluminumdan istehsal edilən 10, 20 və 50 qəpikləri də əldə etməyi bacarıb. Maraqlı məqam odur ki, Almaz Məmmədova müxtəlif nominallı pulları heç bir xərc çəkmədən əldə edib. 
Almaz Məmmədova Nigeriya, Suriya, İran, Rusiya, Kanada, Çinin müxtəlif formalı metal və kağız pullarını kolleksiyasına daxil edib. Onlar içərisində onun diqqətini çəkən 96 il öncə Rusiyada istehsal edilən 1 deyil yarım qəpik olub. 
Kolleksiyaner deyir ki, təkcə Latın Amerikası ölkəsinin pullarını əldə edə bilməyib. Müsahibimiz yaxın gələcəkdə Latın Amerikası ölkələrinin pullarını əldə etməyi düşünür.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top