Vasif Talıbov YAP-ın qurultayına gəlib, Bakıda da maska taxmayıb - FOTO


Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayının iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının sədri Vasif Talıbov da var.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, V.Talıbov qurultayın keçirildiyi YAP-ın mərkəzi qərargahına gəlib. Bu zaman onun tibbi maskadan istifadə etməməsi diqqət çəkib.
Ali Məclis sədrinin fotolarını təqdim edirik:

Qeyd edək ki, fevral ayının 17-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda istifadəyə verilən Ağbulaq Xizək Mərkəzinin açılışı zamanı da V. Talıbovun və tədbirdə iştirak edənlərin tibbi maskadan istifadə etməməsini əks etdirən fotolar yayılmış, bu isə müzakirələrə səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top