Brifinq olacaq, karantin yenidən sərtləşdiriləcək? – RƏSMİ CAVAB


Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə bəzi KİV və sosial şəbəkələrdə bildirilir.

Qeyd edilir, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək.

Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.

Məsələ ilə bağlı Nazirlər Kabinetindən baku.ws-ə bildirilib ki, hələlik bu barədə heç bir məlumat yoxdur. Brifinqin təşkil olunması barədə də məlumatın olmadığı vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top