YAP-ın İcra katibliyi ləğv edilib - YENİLƏNİB



Yeni Azərbaycan Partiyasında (YAP) icra strukturu Mərkəzi Aparat olacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə apa-ya açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.
O qeyd edib ki, partiyada İcra katibliyi ləğv edilib.
Qeyd edək ki, YAP-ın VII qurultayına qədər partiyanın icra katibi Əli Əhmədov olub. Bu gün Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Əli Əhmədov da YAP sədrinin müavini təyin olunub.

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı başa çatıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, Qurultayda YAP İdarə Heyəti formalaşıb.

İdarə Heyətinin tərkibi 40 nəfərdən ibarətdir.


***13:00
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı başa çatıb.

Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının (YAP) sədri seçilib.
 bu barədə YAP-ın bu gün keçirilən qurultayında qərar qəbul edilib. Qurultayda həmçinin YAP-ın Siyasi Şurası ləğv olunub.
YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.
Partiyada Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib. 

***12:45
Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında partiyanın Nəzarət təftiş komissiyası formalaşıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, qurultay hazırda davam edir.

***12:20

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı davam edir.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, iclasda partiya sədrinin müavini Əli Əhmədov çıxış edib.

Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış edib.

Hazırda çıxışlar davam edir.

***11:11
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı davam edir.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

***10:22
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.


***09:25

Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayı keçiriləcək.
Yeniavaz.com
"Qafqazinfo"ya istinadən xəbər verir ki, qurultay saat 10:00-da öz işinə başlayacaq. 
Prezident İlham Əliyev də onlayn formatda qurultayda iştirak edəcək və çıxış edəcək.
Qurultayda bir sıra mühüm dəyişikliklər ediləcəyi, həmçinin məşhur simaların da İdarə Heyətindən uzaqlaşdırılacağı gözlənilir.
Qeyd edək ki, dünən 5 partiya da YAP-a birləşəcəyi barədə qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top