Dünən şəhid olan general PUA-ların yaradılmasında iştirak edib


Xəbər verdiyimiz kimi, Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Nəticədə 11 hərbçi şəhid olub, 2 əsgər isə yaralanıb.

Bayraktar pilotsuz uçuş aparatlarının yaradıcısı Selçuk Bayraktar Türkiyədə qəzada şəhid olan general və heyət haqqında sosial şəbəkədə paylaşım edib.
Yeniavaz.com bildirir ki, paylaşımda deyilir:
“2010-cu ildə PUA-larımızı inkişaf etdirərkən tanış olduğum Osman Erbaş Paşamız və qəhrəman əsgərləri Bitlisdə baş verən helikopter qəzasında şəhid oldular. Allah şəhidlərimizə rəhmət və yaralılara şəfa versin. Osman Erbaş Paşa, Türk PUA-larının yaradılmasında bizə əhəmiyyətli dərəcədə dəstək verib”.



Allah şəhidlərə rəhmət etsin!

DİGƏR XƏBƏRLƏR

Top