NATO Türkiyəyə hərbi helikopter qəzası ilə bağlı başsağlığı verdi


NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edib. 

Yeniavaz.com xəbər verir ki, baş katib Bitlis əyalətində baş verən hərbi helikopter qəzası ilə əlaqədar Türkiyənin xarici siyasət idarəsinin rəhbərinə başsağlığını çatdırıb.

Xatırladaq ki, Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopterin qəzaya düşməsi nəticəsində 11 hərbçi həlak olub, 2 nəfər isə yaralanıb.

Həyatı itirənlər arasında Türkiyə Ordusunun generalı Osman Erbaş da var.

DİGƏR XƏBƏRLƏR

Top