Türkiyədə helikopter qəzasında şəhid olanlardan biri generaldır - 11 şəhid, 2 yaralı - FOTOLAR

Türkiyədə hərbi helikopterin qəzaya düşməsi nəticəsində həyatını itirən hərbçilərin sayı 11-ə yüksəlib, 2 əsgər isə yaralanıb.

Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, şəhid olan hərbçilər arasında 8-ci Korpus komandiri general-leytenant Osman Erbaş da var.
Qəzaya uğrayan hərbi helikopter "Cougar" tipli Fransa-Almaniya birgə istehsalıdır. Daha əvvəl Türkiyədə bu helikopterlərin iştirakı ilə baş verən 3 qəzada 28 əsgər şəhid olub.

Generalın ölümü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun oğlu İgidalp Erbaşa zəng edərək, başsağlığı verib.

DİGƏR XƏBƏRLƏR

Top