“Sputnik-V” peyvəndi Aİ-də yoxlanılacaq


Avropa İttifaqının nəzarətində olan Avropa Dərman Agentliyi koronavirus peyvəndi olan “Sputnik-V”nin ilkin yoxlanmasına başlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələyə Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev də münasibət bildirib.
​​​​​​​Onun sözlərinə görə peyvənd Aİ tərəfindən təsdiqlənərsə, iyun ayından etibarən ittifaqa 50 milyon nəfərə çatacaq vaksin göndərəcəklər.
Qeyd edək ki, bu vaxta kimi Aİ tərəfindən “AstraZeneca”, “BioNTech”, “Pfizer” və “Moderna” peyvəndləri təsdiqlənib.

DİGƏR XƏBƏRLƏR

Top