İŞİD sıralarına qoşulmaq üçün insanları cəlb edən qrup həbs edilib

Livanın xüsusi xidmət orqanları İŞİD-lə mübarizə çərçivəsində xüsusi əməliyyat keçiriblər. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, onlar ölkədə İŞİD sıralarında döyüşmək üçün adam toplayan bir qrup insanı həbs ediblər. Bununla bağlı Livan Təhlükəsizlik Xidməti tərəfindən yayılan bəyənatda deyilir: "Ölkədə İŞİD-ə çalışan qrupların üzə çıxarılması məqsədi ilə Livan xüsusi xidmət orqanları tərəfindən xüsusi əməliyyat keçirilib. Əməliyyat çərçivəsində terrorçu təşkilata çalışan bir qrup həbs edilib. İstintaq zamanı Əbu Yazid adlı Livan vətəndaşı bir qrup adamı İŞİD sıralarında döyüşmək razı saldığını və onları Türkiyə ərazisi ilə Rakkaya göndərmək üçün hazırladığını etiraf edib".

DİGƏR XƏBƏRLƏR

Top