"Rusiya və İran hərbi əməkdaşlığı genişləndirməlidirlər"

Moskva və Tehran hərbi-texniki əməkdaşlıqan hərbi münasibətlərin inkişaf etdirilməsinə keçməli, Rusiya İranın hərbi dəniz donanması və digər sahələrdə infrastrukturanın bərpa edilməsində iştirak etməlidir". Bu sözləri MDB Ölkələri İnstitutu direktorunun müavini hərbi ekspert Vladimir Yevseyev deyib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Yevseyev Rusiya tərəfindən İrana verilən S-300 raketlərinin iki ölkə arasındakı problemləri həll etmədiyini və onlar arasında biri-birinə etimadsızlığın qaldığını, hətta onun arta biləcəyini söyləyib. Yevseyev "Rossiya seqodnya" adlı mətbuat konfransındakı çıxışında: "Belə hesab edirəm ki, vəziyyətdən çıxış yolu var. Biz real imkanlarımızı düzgün dəyərləndirərək hərbi texniki əməkdaşlıqdan daha geniş olan hərbi münasibətlərə keçməliyik",-deyib. Onun sözlərinə görə, Rusiya İran hərbi qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında iştirak etməli, hərbi hava və dəniz limanlarının bərpasına, pliotların hazırlanmasına yardım göstərməlidir: "Bütün bunlar isə iki ölkə arasında strateji dialoqun möhkəmlənməsində önəmli rol oynaya bilər".

DİGƏR XƏBƏRLƏR

Top