Bu avtobusların hərəkət qrafiki müvəqqəti dəyişdirildi - SİYAHI


Martın 4-də aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsi Vunqtau küçəsinin kəsişməsindən “H.Aslanov” metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən M1, M2, M6 və 104  nömrəli müntəzəm marşrutların hərəkət sxemləri  müvəqqəti dəyişdirilib.

Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Sözügedən marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada olacaq.

M2 nömrəli ekspres marşrut “Həzi Aslanov “ metrostansiyası istiqamətində Ukrayna dairəsi – Vunqtau küçəsi – Sadıqcan küçəsi – Xudu Məmmədov küçəsi – Məhəmməd Hadi küçəsi  daha sonra öz hərəkət sxemi üzrə;

M1, M6  nömrəli ekspres marşrut “Həzi Aslanov “ metrostansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə , daha sonra öz hərəkət sxemi üzrə;

104  nömrəli müntəzəm  marşrut “Həzi Aslanov “ metrostansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top