Rusiyada koronavirusa qarşı daha bir peyvəndin sınaqları başladı – “Mir-19”


Rusiyada yeni növ koronavirusa qarşı hazırlanan növbəti peyvəndin sınaqları başlayıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Rusiyada Federal Biotibbi Agentlik koronavirus infeksiyasına qarşı “Mir-19” peyvəndinin sınaqlarının birinci mərhələsini başa çatdırıb. Sınaqlar uğurlu keçdiyi təqdirdə yeni vaksin istifadə üçün Rusiyada rəsmi şəkildə qeydiyyata alınacaq.
Qeyd edək ki, hazırda dünyanın bir çox ölkəsində Rusiya istehsalı “Sputnik V” peyvəndinin istifadəsinə başlanılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top