Daha iki partiya YAP-a qoşulmaq qərarı verib - YENİLƏNİB


Azərbaycan Xalq Demokratik Partiyası da Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.


Bu barədə APA-ya partiyanın sədri Rafiq Turabxan məlumat verib.

Onun sözlərinə görə, bu barədə dünən partiyanın video-konfrans formatında keçirilən qurultayında qəbul edilib.

Qeyd edək ki, Yurddaş və Milli Qurtuluş partiyaları da YAP-a qoşulmaq qərarı verib.

Daha bir neçə partiyanın da YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var.

***16:05

Bu gün Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib.

Partiyadan Yeniavaz.com-a bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub.
Qurultayda partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə salınıb.
Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.​​​​

DİGƏR XƏBƏRLƏR

Top