Ulu babasının qətlində iştirak edən keçmiş dövlət rəsmisini ifşa etdi, ortalıq qarışdı


Rusiyada Denis Karaqodinin represiya dövründə ulu babasının qətlində iştirak edən şəxsin adını açıqlaması qalmaqala səbəb olub.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyada Denis Karaqodin adlı şəxs 1938-ci ildə ulu babası Stepan Karaqodinin qətlinə imza atan şəxsin həmin dövr SSRİ Xalq Daxili İşlər Komitəsinin işçisi Aleksey Mityuşov olduğunu ifşa edib. Karaqodin Rusiya Federal Təhlükəsizlik Xidmətindən əldə etdiyi həmin məlumatları özünə məxsus veb saytda yayımlayıb. Həmin məqaləni görən Sergey Mityuşov adlı vətəndaş isə qətldə günahlandırılan şəxsin onun atası olduğunu deyərək polisə müraciət edib. O bildirib ki, Denis Karaqodin atasının adını ləkələyir və yalan məlumatlar yayır. Bu səbəblə Novosibirsk polisi məlumatı yayan şəxsi çağıraraq dindirib. Ancaq, heç bir nəticə əldə olunmayıb. Karaqodin FTX-dan əldə etdiyi sənədlərlə bağlı Rusiya Federasiyası Konstitusiyasının 51-ci maddəsinə istinad edərək danışmaqdan imtina edib. O həmçinin bildirib ki, Aleksey Mityuşovu Stepan Karaqodinin qətlində iştirak edən şəxs kimi tanıyır. 
Qeyd edək ki, Denis Karaqodin icraçıların adları ilə repressiya olunan ulu babası Stepan Karaqodinin güllələnməsində əli olan şəxslərin adlarını FTX-dan əldə edə bilən ilk Rusiya sakinidir. 

DİGƏR XƏBƏRLƏR

Top