Dövlət subsidiyalar verilən sahələrin fəaliyyətini nəzarətdə saxlamalıdır

Azərbaycanda qeyri-neft sektorunun inkişafına yardım edilməsi və yeni iş yerlərinin yaradılması ilə bağlı dövlət tərəfindən güzəştli şərtlərlə iş adamlarına on milyonllarla manat subsidiyalar verilib. Lakin hələlik bu subsidiyalardan səmərəli şəkildə istifadə edildiyi bir o qədər də nəzərə çarpmır. Belə təsəvvür yaranır ki, subsidiyaların verilməsi və onların təyinatı üzrə xərclənib- xərclənməməsi məsələsi faktiki olaraq özbaşına buraxılıb. Məsələyə münasibət bildirən iqtisadçı ekspert Azər Mehdiyev "Yeniavaz.com"a verdiyi açıqlamasında əksər hallarda qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi ilə iş adamlarına verilən subsidiyaların hələlik real nəticə vermədiyini söylədi. Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi ilə verilən subsidiyaların özünü doğrultmaması və yenə də bu sahənin xaricdən ölkəmizə gətirilən məhsullardan asılı olmaqda davam etməsi onların təyinatı üzrə işlədilmədiyi şübhəsini ortaya çıxarıb: "Əgər bu günə kimi müxtəlif sahələrin inkişaf məqsədi ilə verilən subsidiyalar özünü doğrultmayıbsa və ya arzu edilən nəticəyə nail olunmayıbsa, onda bunun səbəbləri araşdırılmalıdır. Subsidiya verilən sahə özünü doğrultmursa onda ya bu sahəyə subsidiya ayrılması dayandırılmalı, ya da əgər təyinatı üzrə işlədilməyibsə günahkarlar cəzalandırılmalıdırlar. Hər halda dövlət tərəfindən yalnız gəlir gətirə biləcək sahədə, xüsusi ilə qeyri-neft sektorunda daha çevik iş görə bilən, yeni iş yerlərinin işə salınmasına nail olan sahibkarlara maliyyə dəstəyi göstərilməlidir",-dedi.

DİGƏR XƏBƏRLƏR

Top