Bakıda itkin düşən 13 yaşlı qız tapıldı - VİDEO + YENİLƏNİB

Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Aleksandra Dünyamalızadənin evdən çıxıb və geri qayıtmaması barədə məlumat yayılıb.
DİN Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.
Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür ediblər.

***4 mart, saat 15:42

Bakıda 13 yaşlı qız itkin düşüb.
Bu haqda onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Bildirilib ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Dünyamalızadə Aleksandra dünən axşam saat 21:00 – 22:00 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Onu görən şəxslərdən yaxınlıqdakı polis bölməsinə müraciət etmələri xahiş olunur.
A.Dünyamalızadənin əynində şəkildə gördüyünüz paltarlar olub:

DİGƏR XƏBƏRLƏR

Top