Yaponiyada COVID-19 məhdudiyyətlərinin müddəti uzadıla bilər


Tokio və ətraf əyalətlərdə bazar gününə qədər davam etməsi gözlənilən COVID-19 məhdudiyyətlərinin müddəti daha 2 həftə uzadıla bilər.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Yoşihide Suqa məlumat verib. Baş nazir ölkədə günlük yoluxma halının azalmadığını bildirib. Onun sözlərinə görə fövqəladə vəziyyətin sona çatması üçün əyalət xəstəxanalarına müraciət edənlərin və xəstə sayının 50 faizə kimi aşağı düşməsi şərtdir.  
Qeyd edək ki, hökumət son qərarını sabah bölgə qubernatorlarının və COVID-19 ekspert şurasının rəyini alaraq verəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top