ABŞ Nümayəndələr Palatasının iclası ləğv edildi


ABŞ-da konqres binasına təhdid xəbərdarlığı edildikdən sonra Nümayəndələr Palatasının iclası təxirə salınıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ABŞ konqres binasını mühafizə edən bir polis qrupu tərəfindən aşkarlanıb. Məlumat alınandan sonra binada təhlükəsizlik xidməti daha da gücləndirlib. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.
Qeyd edək ki, təxirə salınmış iclasda konqresmenlərin ABŞ prezidenti Co Baydenin 1,9 trilyon dollar həcmində koronavirus paketinə səsverməsi planlaşdırılırdı.

DİGƏR XƏBƏRLƏR

Top