"Rüsumlar nə qədər artırılsa da, köhnə avtomobillərə üstünlük verilir" - Səfər Mehdiyev


"Avtomobil parkımız köhnədir. İstismar edilmiş nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumlar, aksiz dərəcələri nə qədər artırılsa da qiymət və insanların alıcılıq qabiliyyətini nəzərə alaraq son dövrlərdə yeni nəqliyyat vasitələrinə deyil, istismar olunmuş avtomobillərin idxalına üstünlük verilir".
Yeniavaz.com
xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Komitə sədri bildirib ki, avtomobil parkının təzələnməsi üçün gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə də benzinlə işləməyən nəqliyyat vasitələrə üstünlük verilməsi ilə bağlı müəyyən layihələr müzakirə olunur:
"Ekoloji tarazlığı təmin etmək üçün beş ildən yuxarı olan nəqliyyat vasitələri Azərbaycana gətirilməməlidir. Əgər gətirilərsə çox yuxarı vergilər tətbiq olunmalıdır ki, onların ölkəyə gətirilməsi azalsın. Minik avtomobilləri ölkəyə gətirilən zaman onların istismarı insanların sağlamlığına zərər verməməlidir. Bununla bağlı hansı qərar və tövsiyələr olarsa, biz ona müsbət yanaşırıq. Hökumətdə də bununla il bağlı dəfələrlə müzakirələr olub. Biz buna qarşı çıxmırıq, əksinə müsbət yanaşırıq ki, avtomobil parkımızı son 10 ildə yeniləmək mümkün olsun”.

DİGƏR XƏBƏRLƏR

Top