"300 dollar limitini keçməyən bağlamada hər hansı problemimiz yoxdur. Daşıyıcı şirkətlərin dövriyyəsi o qədər artıb ki, bir şəxsin adına gələn 1000-2000 bağlamanı çeşidləyə bilmirlər. Əvvəl gecikmə olanda deyirdilər ki, gömrüyün anbarındadır. Əgər gecikmə gömrüklə bağlı olarsa, bunu bəyannamədə görəcəksiniz".
Yeniavaz.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyev deyib.
Komitə sədri bildirib ki, 300 dollara qədər bağlamaların çatdırılması ilə bağlı yaranan gecikmələrin 80-85%-i gömrüklə bağlı deyil: “Bəyannamədə problem görsənmirsə, bu, şirkətlərin həcmi gözləməməsi ilə bağlıdır. Ümumiyyətlə şirkətlər məhsulları çeşidləyə bilmir. Onlar bunu xaricdəki anbarlarında çeşidləyib göndərməlidirlər. 300 limitə qədər olan bağlamalar ayrı, limiti keçən bağlamalar ayrı gəlməlidir və ya bir məhsuldan yüzdən çox, kommersiya məqsədi daşıyan məhsul varsa, o da ayrı gəlməlidir”.