"Hökumət qərar verərsə, limit 300 yox 500 olsun, edərik" - Səfər Mehdiyev


"Çatdırılma xərcləri 3-5 dollar təşkil edir, bu o qədərdə böyük məbləğ deyil. Əvvəlki dövrdə də sifarişçilərin 85-87 faizi 300 dolları keçmirdi. Region və uzaq reginla müqayisədə 300 dollar limiti normal həcmdir. Bir ailədə 4 nəfəri nəzərdə tutsaq ay ərzində 1200 dollar həcmində gömrük rüsumu ödəmədən sifariş etmək olar. Yanaşma bugünkü gün normaldır". 
Yeniavaz.com
 xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Komitə sədri qeyd edib ki, əgər hökumət qərar verərsə, limit 300 yox 500 olsun, edərik: “Bizim işimiz icra etməkdir. Yüzlərlə vətəndaş bizə müraciət edir ki, mən ilk dəfədir sifariş edirəm amma adıma məhsul gəlib və limitim dolub. “Smart Customs” tətbiqi məhz belə halların qarşısını və başqasının adına məhsul gətirmə şansını əlindən alıb. Bununla belə işbazlar aradan çıxacaq”.

DİGƏR XƏBƏRLƏR

Top