Navalnı köçürüldüyü yeni həbsxanadan tərəfdarlarına səsləndi


Rusiyalı müxalifətçi Aleksey Navalnı təhlükəsizlik səbəbilə köçürüldüyü yeni həbsxanadan tərəfdarlarına mesaj göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Navalnı öz instaqram hesabında məlumat yayıb. Navalnı saxlanıldığı yer barəsində məlumat verərək tərəfdarlarını onun üçün narahat olmamağa çağırıb:
"Salam, bu mənəm. Vladimir vilayətinin 3 saylı istintaq təcridxanası Kolçuqinodan səslənirəm. Bir məhbusa Vladimir vilayəti deyərsinizsə, məyus olar. Ancaq məndə hər şey qaydasındadır. Həbsxananın həyətində “turnik” belə var. Hələ məktub almamışam və çöldə nə baş verdiyini Moskvada olduğumdan daha az bilirəm ".
Qeyd edək ki, Navalnı paylaşdığı post vasitəsilə saxlanıldığı cəzaçəkmə müəssisənin şərtlərinin normal olmamasına da diqqət çəkib.



 

DİGƏR XƏBƏRLƏR

Top