İldə 71 milyard dollar qazanan şirkətin Azərbaycandakı ofisi yenidən təşkil olunur


“YOM Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1401803271) fəaliyyətinə xitam verərək “Engin LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1600219131) qoşulur.
Yeniavaz.com xəbər verir ki, “YOM Azərbaycan” MMC beynəlxalq yükdaşıma xidmətləri göstərən şirkət olub. “Engin LTD” MMC isə tanınmış markaların Azərbaycandakı təmsilçiyini həyata keçirir.
Nizamnamə kapitalı 9 milyon 500 min manat olan “YOM Azərbaycan” MMC 04.06.2010-cu ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Salih Tüfekçidir. Salih Tüfekçinin eyni zamanda “Engin LTD” MMC-nin kommersiya direktoru olduğu bildirilir.
Nizamnamə kapitalı 463 min dollar olan “Engin LTD” MMC isə 22.12.2000-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Murat Korkmazdır.
Qeyd edək ki, “Engin LTD” MMC dünyaca məşhur "Procter & Gamble" markasının Azərbaycandakı rəsmi distributorudur. "Procter & Gamble" şirkətinin dünyanın 70-dən çox ölkəsində nümayəndəliyi mövcuddur. 1837-ci ildən  fəaliyyət göstərən şirkətin ötən il ümümi gəliri 71 milliard dollar olub. Şirkətin Azərbaycandakı ofisi 1998-ci ildə açılıb. Hazırda Azərbaycan bazarına “Pampers”, “Tide”, “Ariel”, “Head & Shoulders”, “Pantene”, “Fairy”, “Blend-a-med”, “Oral-B”, “Gillette”, “Safeguard” kimi məhsullar təqdim edir.
Onu da bildirək ki, hazırda “Engin LTD” MMC-nin dövlət büdcəsinə 248 min 928 manat 86 qəpik borcu var.


 

DİGƏR XƏBƏRLƏR

Top