Komitə sədri: "Bu sahədə 80 milyon dollara yaxın vergi itirmişik"


“İdxalda əsas malların dinamikasında 23%-lə maşın mexanizm aparatları, avadanlıqarı və onların hissələri birinci yerdədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Komitə sədri bildirib ki, ikinci yerdə yeyinti məhsullarıdır: “Bu da stabil olaraq illərə görə 12-15 faiz təşkil edir. Nəqliyyat vasitələri əvvəlki illərə nisbətən statistik baxımdan 10% aşağı düşüb. Nəqliyyat vasitələri və avadanlıqların hissələri isə 14% təşkil edir. İdxalda əsas ölkələr kimi ilk üçlükdə Rusiya (18%), Türkiyə (14%) və Çin (13%) yer alıb”. 
O əlavə edib ki, 2020-ci ilin idxal əməliyyatlarında 547 milyon dollar həcmində neft və neft məhsullarının idxalı azalıb: “Vergitutma bazası etibarilə bu, 80 milyon dollara yaxın vergi itkisi deməkdir. Dəmiryolu və nəqliyyat vasitələrin idxalı da 121 milyon dollar azalıb”.

DİGƏR XƏBƏRLƏR

Top