"Sanki Dövlət Gömrük Komitəsi öz qərarları ilə deyil, onların verdiyi qərarlarla işləməlidir".
Yeniavaz.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyev deyib.
“Bəzi mütəxəssislər və ekspertlər rəqəmləri bilsələr də, bilməsələr də son dövrlər ictimaiyyətə yanlış məlumatlar sızdırırlar. Sanki Dövlət Gömrük Komitəsi öz qərarları ilə deyil, onların verdiyi qərarlarla işləməlidir”.
Komitə sədri bildirib ki, idxal əməliyyatlarında 10 milyard 730 milyon dollarlıq əməliyyatların 59 faizi gömrük rüsumundan azad edilib: "Hər kəs ekspert kimi rüsumların yüksək, 36% olduğunu deyir. Cəmi 15% rüsuma cəlb olunan idxalın həcmi 2 milyard 848 milyon dollar təşkil edir. Yəni, ölkəyə idxal olunan malların 26.5 %-i 15%-lik rüsuma cəlb edilib. Geri qalanlar ya azaddır, ya 0%-ə, ya da 5%-ə tətbiq olunub”.