Papa İraqa gedir


Katoliklərin dini lideri, Papa Fransiskin 5 martda İraqa edəcəyi səfər barədə məlumat verilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Fransiskin İraq səfəri üçün hazırlıqların davam etdiyi bildirilib. Protokola əsasən Papanın həm Bağdaddakı mərkəzi hökuməti, həm də İraq Kürd Regional Rəhbərliyini ziyarət edəcəyi gözlənilir.
Cümə günü başlayacaq səfər bazar ertəsi sona çatacaq. Səfər çərçivəsində Papa Bağdad hava limanında İraqın baş naziri Mustafa əl-Kazımi tərəfindən qarşılanacaq. Daha sonra isə Papa üçün prezident sarayında rəsmi qarşılama mərasimi keçiriləcək. Bundan əlavə o, şiələrin kompakt halda yaşadığı Nəcəf şəhərinə və İbrahim peyğəmbərin doğulduğu deyilən Ur şəhərinə səfər edəcək.
Qeyd edək ki, pandemiyanın başlamasından sonra Roma papası ilk dəfə İtaliyadan başqa bir ölkəyə səfər edir.

DİGƏR XƏBƏRLƏR

Top