Tramp bu göstərici üzrə ABŞ prezidentlərini qabaqladı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya komitəsi özəl ianələr hesabına rekord məbləğ – 90 milyon dollar toplayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu məbləğ indiyədək hər hansı bir prezidentin öz inauqurasiyası üçün toplaya bildiyi ən böyük vəsaitdir Belə ki, 2009-cu ildə Barak Obamanın inauqurasiyası üçün 55 milyon dollar toplanmışdı, onun ikinci inaqurasiyası üçün isə cəmi 43 milyon dollar yığılmşdı. D. Trampın inauqurasiya komitəsinin üzvlərindən biri qeyd edib ki, vəsaitlərin toplanması davam edir və yeni rekord müəyyənləşə bilər. Vəsaitlərin toplanmasının detalları mərasimdən 90 gün sonra açıqlana bilər. D. Trampın inauqursiya mərasimi yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top