Bakıda evdə yanğında bir nəfər ölüb - YENİLƏNİB


Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

***10:55
Bakıda fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

***10.30

Bakıda yaşayış evi yanır.

Yeniavaz.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 104 ünvanında üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, evin mansardı yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top