Hindistan prezidenti koronavirusa qarşı peyvənd olundu


Hindistan prezidenti Ram Nath yeni növ koronavirusa qarşı peyvənd edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb. 
Xatırladaq ki, martın 1-də Hindistanın baş naziri Narenra Modi kütləvi peyvəndlərin ikinci mərhələsində vaksin vurulan ilk şəxs olmuşdu. 
Məlumat üçün deyək ki, Hindistanda özəl klinikalarda da vətəndaşlara peyvənd vurulur. Həmin klinikalarda bir peyvənd üçün 3,42 dollar ödənilir.

DİGƏR XƏBƏRLƏR

Top