Televiziya yayımını genişləndirmək üçün 17 milyonluq avadanlıq alınır – TENDER


Radio Televiziya Yayım və Peyk Rabitəsi İstehsalat Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi Litvanın “"Vigintos Elektronika" şirkəti olub.
Regionlarda televiziya və radio yayımının keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün rəqəmli TV və FM radio yayım avadanlıqlarını satın almaq üçün Radio Televiziya Yayım və Peyk Rabitəsi İstehsalat Birliyi "Vigintos Elektronika" şirkətinə 17 milyon 44 min manat vəsait ödəyəcək.
Qeyd edək ki, "Vigintos Elektronika" şirkətinin mərkəzi qərargahı Litvada yerləşir. 1991-ci ildən fəaliyyət göstərən şirkət əsasən Rusiya, MDB, AB və Asiya-Sakit okean ölkələrinə öz xidmətlərini təklif edir.

DİGƏR XƏBƏRLƏR

Top