Gəncədə qadın əri tərəfindən bıçaqlanıb


Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əsgərova Həcər Hüseyn qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top