Myanmanda bu gün ərzində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı 38 nəfər həyatını itirib.
Bunu BMT-nin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner-Burgener bildirib. Onun sözlərinə görə, polislər nümayişçilərə qarşı odlu silahdan istifadə edib.
“Bu gün 1 fevral çevrilişindən bəri ən pis gün idi, 38 nəfər ölüb. Artıq qurbanların sayı 50 nəfəri keçib”-deyə, bildirib.
Xatırladaq ki, hakimiyyəti ələ keçirən Myanma hərbçiləri fevralın 1-dən fövqəladə vəziyyət rejimi elan edib.
Myanma Prezidenti Vin Min və Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji saxlanılıb.//report