Mübariz Mənsimov sərbəst buraxıla bilər - Prokurorluq tələb etdi


Terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti ilə sərbəst buraxıla bilər.
Yeniavaz.com "habertürk"ə istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu Mənsimovun məhkəmə nəzarəti altında azadlığa buraxılmasını tələb edib. Bildirilib ki, cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər:
“Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, ittiham olunan şəxsin cinayətə görə nəzərdə tutulan cəzanın müddəti, onun həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər”.
Qeyd edək ki, M. Mənsimovun məhkəmə prosesi martın 5-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top