Qazimiz gözlərini açan həkimə şokolad hədiyyə etdi - FOTO


Qazimiz Arif Hacıyevin görmə qabiliyyəti bərpa edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “YAŞAT” Fondu məlumat yayıb.
Bildirilib ki, qazimiz müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən xəsarət alıb və israilli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.
Onun gözünün içərisinə okulyar linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.
Qeyd edək ki, əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi.
Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.
Onun sağalma prosesi getdikcə daha da yaxşılaşacaq.
Qazimiz təşəkkür əlaməti olaraq həkiminə şokolad hədiyyə edib.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

DİGƏR XƏBƏRLƏR

Top