Rusiyanın paytaxtı Moskvada ən yüksək maaş verilən peşələrin adı açıqlanıb.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, Moskvada ən çox maaş səyyar şəkildə fəaliyyət göstərən baytarlara və polad qapı quraşdırıcılarına təklif olunur. Bu cür mütəxəssislər ayda 300 min rubla qədər (təxminən 7 min manat) pul ala bilərlər.
Baytar həkiminin vəzifəsi müştərinin evini ziyarət etmək, ev heyvanlarına diaqnoz qoymaq və müalicə etməkdir. Namizəddən müvafiq ali təhsil və ən azı bir il iş təcrübəsi tələb olunur.
Polad qapı quraşdırıcısı isə ən az üç il iş təcrübəsinə və iş üçün lazımi alətlərə sahib olmalıdır.