Ağdamda minaya düşən idarə rəisi ayağını topuqdan aşağı itirib - RƏSMİ - YENİLƏNİB

Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yeniavaz.com-a Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***16:12
Ağdam rayonunda idarə rəisi minaya düşüb.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top