Makron İrana əməkdaşlıq təklif etdi


Fransa prezidenti Emmanuel Makron İran Prezidenti Həsən Ruhani ilə telefon danışığı zamanı əməkdaşlıq təklif edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Yelizey sarayı tərəfindən məlumat verilib. Telefon danışığında Makron pandemiya vaxtı Avropanın İrana dəstək verməsindən danışıb. “Covax” proqramı vasitəsilə İranın peyvənd ehtiyaclarını ödəmək üçün əməkdaşlığı gücləndirməyi təklif edib.
Makron nüvə razılaşmasında tərəflərin məsələ ilə bağlı götürdükləri öhdəliklərə qayıtması üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İran prezidenti nüvə razılaşması məsələsində Makronu xəbərdar etdiyi bildirilib. O bildirib ki, İranın bu addımı atmasına səbəb ABŞ-ın razılıqdan çəkilməsi və 3 avropa ölkəsinin məsələyə biganə yanaşması olub.

 

DİGƏR XƏBƏRLƏR

Top