Merkel Almaniyada karantin rejiminin yumşaldılmasına razılıq verdi


Almaniyada koronavirusa görə tətbiq edilən karantin rejiminin yumşaldılması gözlənilir.
Yeniavaz.com
“reuters”ə istinadla xəbər verir ki, Almaniya kansleri ölkədə sərt karantin rejiminin yumşaldılması barədə göstəriş verib. Ancaq, bu proses pandemiyanın gedişatından asılı olacaq. Əgər Almaniyada COVİD-19-a yoluxma halları azalarsa bu qərar tətbiq ediləcək. Əks təqdirdə isə ölkədə qapanmalar yenidən artırılacaq.
Qeyd edək ki, Almaniyada bu günə qədər 2 milyon 462 min 61 nəfər koronavirusa yoluxub, 71 min 325 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top