Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı


Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) vəziyyətində müsbət nəticələr var.

Yeniavaz.com xəbər verir ki, bunu Trend-ə Rəmişin həyat yoldaşı Gülü Hüseynova bildirib. Onun sözlərinə görə, həkimlər xalq artistinin müalicəsinə çox diqqətlə yanaşırlar:

"Həkimlərimizin sayəsində hazırda Rafiq Hüseynov nəfəs ala bilir, vəziyyətində irəliləyiş var".

Xalq artistinin həkimi Günay İsmayılova isə bildirib ki, intensiv müalicə öz müsbət nəticələrini verib:

"Laborator göstəricilərdə də nisbi yaxşılaşmalar qeydə alınır, diaqnozu isə qaraciyər serrozu, qaraciyər çatışmazlığı və qaraciyər ensefalopatiyası, ağciyərlərin xroniki obstruktiv xəstəliyi və tənəffüs çatışmazlığıdır. Hazırda da müalicə davam etdirilir".

DİGƏR XƏBƏRLƏR

Top