Rusiya sanksiyalara görə Aİ və ABŞ-a cavab verdi


Rusiya ABŞ-ın və Avropa İttifaqının Navalnıya görə onlara qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məlumat verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Avropa İttifaqı ilə ABŞ-ın sanksiya məsələsində fikirlərinin üst-üstə düşməsini rus fobiyası adlandırıb və bunun problemlərin konstruktiv həllinə yönəlmədiyinə diqqət çəkib. Onun sözlərinə görə Navalnının məsələsinə müdaxilə etməklə ABŞ və Aİ Rusiyanın daxili işlərinə qarışmış olur.
Qeyd edək ki, Zaxarova ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları diqqəti əsl problemlərindən yayındırmaq cəhdi kimi qiymətləndirib. Sözçü Aİ-ni koronavirusla bağlı bir sıra məsələlərdə ortaq nöqtəyə gələ bilməməkdə günahlandırıb. Zaxarova həmçinin ABŞ-la danışaraq bildirib ki o, özü ilə bağlı kimyəvi silahsızlaşdırma sahəsində ədalət tərfədarı fikrini formaşaldırmaq istəyir.

DİGƏR XƏBƏRLƏR

Top